Bakıda güclü külək fəsadlar törətdi: ağac yüksək gərginlikli elektrik xəttinin üzərinə aşdı

10:45 / 31.12.2025 Oxunub: 422

Bakıda gecə saatlarından başlayan güclü külək paytaxt və ətraf ərazilərdə ciddi fəsadlara səbəb olub.

Reportun verdiyi məlumata görə, Binəqədi rayonunun Biləcəri qəsəbəsində, Əhməd Qasımov küçəsində iri gövdəli ağac qırılaraq yüksək gərginlikli elektrik xəttinin üzərinə aşıb. Hadisə nəticəsində yaxınlıqdakı yaşayış evlərinə və bir avtomobilə ziyan dəyib.

Qırılan ağac küçədə sakinlərin hərəkətinə mane olub, ərazidə elektrik enerjisinin verilişində fasilə yaranıb. Nəticədə ətrafdakı evlər işıqsız qalıb.

Hadisə yerinə aidiyyəti qurumların əməkdaşları cəlb olunub, ərazidə təhlükəsizlik tədbirləri görülür.



Digər xəbərlər

Xəbər lenti

14 Yanvar 2026
13 Yanvar 2026

Ən çox oxunan

Hadisə

MÜSAHİBƏ