Gənclər və İdman Nazirliyi: Fərid Qayıbov idman federasiyaları ilə 24-cü görüşünü keçirib
Gənclər və İdman naziri Fərid Qayıbov Azərbaycan İdman Akademiyasında idman federasiyalarının nümayəndələri ilə 24-cü görüşünü keçirib. Nazir görüşdə son dövrdə həyata keçirilən işlər və qarşıda duran vəzifələr barədə ətraflı məlumat verib.
Görüşdə əsas diqqət VI İslam Həmrəyliyi Oyunlarının yekun hesabatı, “Los-Anceles-2028” Yay Olimpiya Oyunlarına hazırlıq, idmançıların qeydiyyatı və təsnifatlandırılması məsələlərinə yönəldilib.
Eyni zamanda tədbirdə süni intellekt (AI) və “Azərfit” layihəsi, fiziki və psixoloji hazırlıq proqramları üzrə təcrübəli xarici mütəxəssislər – Edvard Kolar, Rado Pisot, Matej Tusak və Tomaz Levak təqdimatlar edib.
Görüşdə idman növləri üzrə məşqçilik kursları, UGİM-lərlə bağlı məsələlər, Seneqalda keçiriləcək Yeniyetmələrin Yay Olimpiya Oyunları, həmçinin Bakı-2026 “Dünyanın İdman Paytaxtı” layihəsi ilə bağlı ətraflı məlumat verilib. Federasiyaların sosial media fəaliyyətinə dair hesabatlar da iştirakçılara təqdim olunub.
Nazirliyin rəsmi açıqlamasına görə, bu görüşlər idman siyasətinin daha şəffaf və effektiv icrasına, eləcə də gənc idmançıların inkişafına dəstək məqsədi daşıyır.


Digər xəbərlər
Misli Premyer Liqasının XX turu start götürdü
Azərbaycan millisinin Millətlər Liqasındakı rəqibləri müəyyənləşib
“Qarabağ”dan Yankoviç və Bikalyonun transfer xəbərlərinə münasibət
Avstraliyalı snoubordçu Kem Bolton ağır zədələnərək xəstəxanaya yerləşdirildi
Nəriman Axundzadə ABŞ klubuna transfer ola bilər
Misli Premyer Liqasında XIX turun oyunlarına start verildi
Xəbər lenti
Ən çox oxunan