Hər 3 dəqiqədə ən azı bir qadın öldürülür - ŞOK
Milli Məclisin iclasında çıxış edən Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova diqqəti ciddi bir problemə cəlb edib.
Musavat.com-un məlumatına görə, H.Hüseynova ölkədə qadınlara qarşı zorakılıq hallarının artmasından narahatlığını ifadə edib:
“Əfsuslar olsun ki, zorakılıq, xüsusən də qadınlara qarşı zorakılıq halları müasir dövrün qlobal problemlərindən biri olaraq qalmaqdadır. Dünyada hər 3 qadından biri nə vaxtsa zorakılığa məruz qalıb, hər üç dəqiqədə ən azı bir qadın öldürülür.
1999-cu ildə Birləşmiş Millətlər Təşkilatı 25 noyabrı rəsmi olaraq “Qadınlara münasibətdə zorakılıqla Beynəlxalq mübarizə günü” elan edib. Bu il bu günün 26 ili tamam olur. Nə qədər işlər görülsə də, qanunvericilik gücləndirilsə də, hələ də belə hallar var”.
Komitə sədri bildirib ki, hələ də zorakılığa məruz qalan qadınlarımız, erkən nikaha məcbur edilən qızlarımız var:
“Bu bizim ailə dəyərlərimizə yaraşmayan hallardır. Zorakılıq yalnız bir ailə üçün deyil, bütövlükdə cəmiyyət üçün təhlükəlidir. Ona görə də biz daha çox maarifləndirmə işləri aparmalıyıq, daha çox çalışmalıyıq ki, qadın və qızlarımız zorakı davranışa məruz qalmasınlar”.


Digər xəbərlər
Bakıda gecə yağış, bəzi ərazilərdə sulu qar – sürücülərə xəbərdarlıq
Sosial şəbəkələrdə mənəviyyata zidd paylaşımlara qarşı ciddi tədbir
Bakıda Yağışlı Hava: Zığ–Hava Limanı Yolunda Sürət Limitinə Diqqət!
Teleradio Akademiyasında “Mediada Azərbaycan dili” mövzusunda növbəti təlim mərhələsi keçirilib
Azərbaycanın bir çox bölgələrində güclü külək gözlənilir – Xəbərdarlıq verildi
Pedaqoji işçilərin əmək məzuniyyəti qaydasında dəyişiklik edilib
Xəbər lenti
Ən çox oxunan