“İncəsənətin Tərəqqisinə Dəstək” İctimai Birliyi geniş təqdimat mərasimi keçirib
Kanal 20 TV xəbər verir ki, bu gün “İncəsənətin Tərəqqisinə Dəstək” ictimai birliyi ictimaiyyətə geniş təqdimat mərasimi təşkil edib. Tədbir “Zəfər Yurdu” ansamblının xor kollektivinin Azərbaycanın Dövlət Himnini ifası ilə açılıb və şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.
Tədbirin moderatoru, Mədəniyyət Nazirliyi yanında İctimai Şuranın sədr müavini, şair-publisist Əkbər Qoşalı çıxışında birliyi rəsmi fəaliyyətə başlaması münasibətilə təbrik edib, kollektivə uğurlar arzulayıb.
İctimai birliyin təsisçisi və sədri Turanə Orucova qonaqları salamlayaraq qarşıda duran vəzifələr və gələcəkdə görüləcək işlər barədə danışıb.
Tədbirdə çıxış edən Milli Məclisin deputatları Vasif Qafarov, Aydın Mirzəzadə, Azərbaycanın Xalq artisti Hacı İsmayılov, Zirvə Mədəniyyət və İncəsənət ictimai birliyinin sədri Şahin Qədirov, İrəvan Ansamblının rəhbəri Maya Qafarova, Qərbi Azərbaycan icmasının Nizami rayon təşkilatının sədri Xəqani Cəfərov, Aydınlar Ocağı Beynəlxalq Dialoq və Əməkdaşlıq Mərkəzinin sədri Vüqar Qədirov və digər natiqlər kollektivə təbriklərini çatdırıb, fəaliyyətində uğurlar arzulayıblar.
Tədbirdə KİV və QHT nümayəndələri, eləcə də digər rəsmi şəxslər iştirak ediblər.
Sonda “Zəfər Yurdu” ansamblı vətənpərvərlik ruhunda ifa etdiyi musiqi ilə qonaqların zövqünü oxşayıb.


Digər xəbərlər
“Qutu” filmi yaxın zamanda tamaşaçılara təqdim olunacaq
Mədəniyyət Nazirliyindən qərar: Ədalət Hacıyev vəzifəsindən azad edildi
Bu gün Xalq şairi Bəxtiyar Vahabzadənin anım günüdür
Kitabxanada “Yubileylər silsiləsi” tədbirləri davam edir
Qusar Uşaq İncəsənət Məktəbinə Elza İbrahimovanın adı verilib
Aybəniz Haşımova Mədəniyyət Mərkəzinə direktor təyin olunub
Xəbər lenti
Ən çox oxunan








