Prezident İlham Əliyev 20 Yanvar şəhidlərinin xatirəsini ehtiramla yad etdi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar Şəhidlər xiyabanını ziyarət edib.
“Report”un məlumatına görə, dövlətimizin başçısı “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub, 20 Yanvar şəhidlərinin əziz xatirəsini dərin ehtiramla anıb. Daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
20 Yanvar hadisələri Azərbaycan xalqının tarixində həm faciə, həm də qəhrəmanlıq və rəşadət səhifəsi kimi xüsusi yer tutur. Bu qanlı gecə xalqımızın müstəqillik və azadlıq uğrunda mübarizəsinin, yenilməz iradəsinin simvoluna çevrilib. 36 il əvvəl Vətəninin azadlığını, xalqının şərəf və ləyaqətini hər şeydən uca tutan mərd Azərbaycan övladları canlarını fəda edərək şəhidlik zirvəsinə ucalıblar. Həmin gün Azərbaycan xalqı azadlıq yolunda ilk şəhidlərini verib.
Sovet qoşunlarının törətdiyi bu qanlı qırğından uzun illər keçsə də, xalqımız 20 Yanvarın ağrı-acısını unutmur. Qanlı Yanvar faciəsinə siyasi-hüquqi qiymətin verilməsi isə məhz Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. 1990-cı il yanvarın 21-də Ulu Öndər Moskvada Azərbaycanın daimi nümayəndəliyinə gələrək xalqla həmrəy olduğunu bəyan edib, bu cinayəti törədənləri kəskin şəkildə pisləyib. O, 20 Yanvar hadisəsini hüquqa, demokratiyaya və humanizmə zidd ağır cinayət kimi qiymətləndirib.
Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə 1990-cı il noyabrın 21-də Naxçıvan Muxtar Respublikasının Ali Məclisində 20 Yanvar faciəsinə ilk dəfə siyasi-hüquqi qiymət verilib. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra isə yalnız Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra – 1994-cü ildə 20 Yanvar hadisələrinə dövlət səviyyəsində tam hüquqi-siyasi qiymət verilib və 20 Yanvar Ümumxalq Hüzn Günü elan olunub.
Bu gün 20 Yanvar şəhidlərinin xatirəsi xalqımız tərəfindən daim uca tutulur. Şəhid ailələri və əlillər dövlət qayğısı ilə əhatə olunub, onların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir.
Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin tam bərpa olunması, torpaqlarımızın işğaldan azad edilməsi bütün şəhidlərimizin, o cümlədən 20 Yanvar qurbanlarının qanının yerdə qalmadığını sübut edir. Bu gün Qarabağda və Şərqi Zəngəzurda genişmiqyaslı bərpa-quruculuq işləri aparılır, Böyük Qayıdış Proqramı uğurla icra olunur, üçrəngli Bayrağımız bütün ərazilərimizdə qürurla dalğalanır.


Digər xəbərlər
Prezident və Birinci Xanım Xocalı Soyqırımı Memorialının Açılışında İştirak Ediblər
Türkiyəli rəsmi Xocalıda faciə qurbanlarının xatirəsini ehtiramla yad etdi
Xocalı soyqırımının 34-cü ildönümü: Dövlət rəsmiləri abidəni ziyarət etdi
İlham Əliyev BMT-nin Kibercinayətkarlığa Qarşı Konvensiyasını təsdiqlədi
Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası ilə bağlı vergi güzəştləri tətbiq olunacaq müddətinə) tətbiq olunacaq.
Orhan Ölməz və Səbuhi Zaman eyni səhnədə – Bakıda möhtəşəm duet gecəsi
Xəbər lenti
Ən çox oxunan
Assosiasiya: Gəlmə və daxili turizm əməliyyatları ƏDV-dən azad edilməlidir

