Tamam Cəfərova: "Şamaxının 30-a yaxın kəndində su problemi var"
"Şamaxının bir nömrəli problemi sudur. 30-a yaxın kəndində bu məsələ var, 10 kənddə isə vəziyyət kritikdir".
Oxu.Az xəbər verir ki, bunu Milli Məclisin deputatı Tamam Cəfərova parlamentin bugünkü plenar iclasında "2026-cı il dövlət büdcəsi haqqında" qanun layihəsinin ikinci oxunuşunda müzakirələrdə bildirib.
Deputat qeyd edib ki, Şamaxı rayonunda əhalinin içməli su təchizatının yaxşılaşdırılması sahəsində kifayət qədər işlər görülüb: "Şamaxı şəhərinin su təchizatı tamamilə həll olunub. Buradan baş nazirdən, hökumət nümayəndələrindən xahiş edirəm ki, bu kəndlərdən 10-unda vəziyyət daha kritikdir. Xahiş edirəm ki, gələn ilin dövlət büdcəsində bu kəndlərin bir neçəsinin su təchizatının yaxşılaşıdırlmasının maliyyələşməsi imkanına baxılsın".


Digər xəbərlər
QHT nəzdində “Emilim – Talassemiyalı Xəstələrə Dəstək Mərkəzi” yaradılıb
Assosiasiya: Gəlmə və daxili turizm əməliyyatları ƏDV-dən azad edilməlidir
Sosial şəbəkədə təhqirə görə 6 nəfər inzibati məsuliyyətə cəlb olundu
Sumqayıt və ətraf ərazilərdə iki günlük su kəsintisi olacaq
Yasamalda “Şamaxinka” yol qovşağında hərəkət artıq işıqforla tənzimlənir
Bu gün Bakıda hava necə olacaq? – Temperatur 16 dərəcəyədək yüksələcək
Xəbər lenti
Ən çox oxunan
Assosiasiya: Gəlmə və daxili turizm əməliyyatları ƏDV-dən azad edilməlidir