Torpaqların qiyməti qalxıb
Torpaqların qiyməti qalxıb. Ötən ilin eyni dövrü ilə müqayisədə qiymətlərdə xeyli artım var.
KANAL 20 TV Xəzər TV-yə istinadən xəbər verir ki, "Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti" İctimai Birliyinin sədri Vüqar Orucun sözlərinə görə, zaman keçdikcə torpaq sahələrinin sayı azalır. Buna görə də qiymətlər yüksəlir. Hazırda artım Səbail rayonunda 41%, Yasamalda 38%, Nəsimidə isə 27%-dir. Səbail rayonunda bir sot torpağın orta qiyməti 425 002 manat təşkil edir. Yasamalda bu rəqəm 209 258, Nəsimi rayonunda isə orta qiymət 298 028 manatdır.
Əmlak eksperti Elnur Azadov bildirib ki, daşınmaz əmlak bazarında kəskin bahalaşma var. Torpaqların qiyməti sürətlə artır. Səbail, Nəsimi və Yasamal rayonları ilə yanaşı, hazırda digər rayonlarda da qiymət artımı müşahidə olunur.
O qeyd edib ki, Xətai rayonunda inşa olunan "Ağ Şəhər" layihəsi ilə bağlı bu ərazidə olan torpaqların qiyməti də son 1 il ərzində 50% artıb.


Digər xəbərlər
Bakıda gecə yağış, bəzi ərazilərdə sulu qar – sürücülərə xəbərdarlıq
Sosial şəbəkələrdə mənəviyyata zidd paylaşımlara qarşı ciddi tədbir
Bakıda Yağışlı Hava: Zığ–Hava Limanı Yolunda Sürət Limitinə Diqqət!
Teleradio Akademiyasında “Mediada Azərbaycan dili” mövzusunda növbəti təlim mərhələsi keçirilib
Azərbaycanın bir çox bölgələrində güclü külək gözlənilir – Xəbərdarlıq verildi
Pedaqoji işçilərin əmək məzuniyyəti qaydasında dəyişiklik edilib
Xəbər lenti
Ən çox oxunan