Azərbaycan Milli Xalça Muzeyində ağır itki

12:05 / 03.01.2026 Oxunub: 368

Azərbaycan Milli Xalça Muzeyinin kollektivi acı itki ilə üzləşib. Muzeyin Mədəniyyət və təhsil şöbəsinin müdiri Aygün Abasova yanvarın 1-də, 57 yaşında dünyasını dəyişib.

Kanal 20 TV.az xəbər verir ki,  uzun illər muzey sahəsində səmərəli fəaliyyəti ilə seçilən Aygün Abasova mədəni irsimizin təbliği və qorunması istiqamətində mühüm işlər görüb. Onun peşəkar fəaliyyəti dövlət tərəfindən də yüksək qiymətləndirilib – o, 2017-ci ildə “Tərəqqi” medalı ilə təltif olunub.

Aygün Abasovanın vəfatı Azərbaycan mədəniyyət ictimaiyyəti üçün böyük itki hesab olunur. Allah rəhmət eləsin.



Digər xəbərlər

Xəbər lenti

14 Yanvar 2026
13 Yanvar 2026

Ən çox oxunan

Hadisə

MÜSAHİBƏ