Azərbaycanlı dizaynerin əl işləri Qahirədə beynəlxalq sərgidə nümayiş olunur
Azərbaycanlı dizayner Zəhra Poluxovanın yaratdığı milli və Misir üslubunda libaslar, eləcə də tullantılardan düzəldilmiş əl işləri, modern rəsmləri Qahirədəki “Picasso East gallery”də “Artoday” şirkəti tərəfindən təşkil olunan “Əlaqəli vizuallar” adlı beynəlxalq rəsm sərgisində nümayiş etdirilir.
Dekabrın 9-dək davam edəcək sərgidə 18 dövlətdən 66 rəssamın əl işləri nümayiş olunur.
İstedadlı dizayner ölkəmizi bir neçə beynəlxalq tədbirlərdə münsif kürsüsündə də uğurla təmsil edib. Onun bu sahədə artıq xeyli təcrübəsi var. Zəhra Poluxova ötən il “Miss Eco Teen International” və “Top Model of Azerbaijan 2024” kimi nüfuzlu moda layihələrində də iştirak edib. Gənc yaşına baxmayaraq, onun dizayn etdiyi geyimlər həm özü, həm də Türkiyə və Misirin tanınmış müğənniləri, moda ustaları tərəfindən istifadə olunub
Təşkilatın təsisçisi və icraçı direktoru Şirin Bədr bildirib ki, adıçəkilən sərgi mədəniyyətləri və ölkələri, xalqları birləşdirən mühüm vasitədir: “Artoday 2016-cı ildə təsis edilmiş öz vizyonu olan sənət təşkilatıdır. Yaxın Şərqdə sənət sahəsində öncül və mötəbər yeri var. Təşkilat yerli və xarici müstəvilərdə sənəti dəstəkləmək hədəfini güdür. Çalışırıq ki, coğrafi sərhədləri ötüb keçən sənət adamlarından ibarət ailə yaradaq. Biz körpülər qurulmasında yaradıcılığın gücünə inanırıq”.
Sərgi müxtəlif ölkələrdən rəssamları bir araya gətirən müstəsna sənət platforması sayılır və mədəniyyətlər, xalqlar arasında körpü rolunu oynayır.


Digər xəbərlər
Sultan Raev: Məqsədimiz türk xalqlarının mədəni yaxınlaşmasına xidmət etməkdir
Lerik rayonunda gənclərin turizm fəaliyyətinə dair növbəti dəstək addımları atılıb
Xalq artistindən gündəçi sirkələyən açıqlama: "Rejissorlar qorxurlar..."
İrəvan və Milli haqqımız
Kayseridə Türk dünyası şairlərinin iştirakı ilə Beynəlxalq ədəbi toplantı keçirilib