Dünya bazarlarında “Azeri Light” nefti ucuzlaşıb

10:21 / 13.02.2026 Oxunub: 863

Kanal 20 TV xəbər verir ki, dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan neftinin qiyməti düşüb. Belə ki, 1 barel neftin qiyməti 2,17 ABŞ dolları və ya 3 % azalaraq 70,03 ABŞ dollarına enib.

Qeyd edək ki, ötən gün Azərbaycan neftinin bir bareli 72,2 ABŞ dollarından ticarət edilib.

Tarixi göstəricilərə nəzər salsaq, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də 15,81 ABŞ dolları, ən yüksək qiyməti isə 2008-ci ilin iyulunda 149,66 ABŞ dolları olub.

Builki dövlət büdcəsində isə “Azeri Light” neftinin bir barelinin orta qiyməti 65 ABŞ dolları əsasında hesablanıb.



Digər xəbərlər

Xəbər lenti

28 Fevral 2026
27 Fevral 2026
26 Fevral 2026

Ən çox oxunan

Hadisə

Müsahibə