İsrail XİN rəhbəri Bakıya gəlir – Gideon Saarın Azərbaycana rəsmi səfəri gözlənilir

15:49 / 10.01.2026 Oxunub: 251

Kanal 20 TV xəbər verir ki, İsrailin xarici işlər naziri Gideon Saar yanvarın 26-da Azərbaycana rəsmi səfər edəcək.

“Report”un məlumatına görə, bu barədə Azərbaycan–İsrail Alyansı AIA Global açıqlama yayıb.

Səfər çərçivəsində bir sıra yüksək səviyyəli görüşlərin keçirilməsi nəzərdə tutulur. Gideon Saarın Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla danışıqlar aparacağı bildirilir. Görüşlərdə iki ölkə arasında siyasi, iqtisadi və regional əməkdaşlıq məsələlərinin müzakirə olunacağı gözlənilir.

Qeyd edək ki, Bakı səfərindən sonra İsrail XİN rəhbəri Qazaxıstana yollanacaq.



Digər xəbərlər

Xəbər lenti

14 Yanvar 2026
13 Yanvar 2026

Ən çox oxunan

Hadisə

MÜSAHİBƏ