Milli Müdafiə Naziri Yaşar Güler: “Heç bir terror təşkilatına bölgədə möhkəmlənməyə imkan verməyəcəyik”

22:19 / 06.01.2026 Oxunub: 528

Milli Müdafiə Naziri Yaşar Güler terror təşkilatlarına qarşı mübarizənin davam edəcəyini bildirərək deyib:

"PKK və əlaqəli bütün qruplar, Suriya da daxil olmaqla, fəaliyyət göstərdikləri bütün bölgələrdə dərhal bütün terror fəaliyyətlərinə son verməli və şərtsiz olaraq silahlarını təhvil verməlidirlər. Xüsusilə PKK/PYD/YPG/SDG kimi terror təşkilatlarının bölgədə kök salmasına icazə verməyəcəyik."

Yaşar Güler, bu açıqlamanı Milli Müdafiə Nazirliyində keçirilən *“Medalya Təltifi və Uğurlu Birliklərin və Personelin Mükafatlandırılması Töreni”*ndə verib. Törənə Baş Qərargah Rəhbəri Orgeneral Selçuk Bayraktaroğlu, Dəniz Qüvvələri Komandanı Oramiral Ercüment Tatlıoğlu, Hava Qüvvələri Komandanı Orgeneral Ziya Cemal Kadıoğlu, Quru Qüvvələri Komandanı Orgeneral Metin Tokel, eləcə də nazir müavinləri Alpaslan Kavaklıoğlu, Bilal Durdalı, Musa Heybet və Salih Ayhan və birliklərdə xidmət edən personal qatılıb.

Törəndə çıxış edən Yaşar Güler bildirib:

"TSK, Böyük və Güclü Türkiyənin ən möhkəm dayağıdır. Bu xüsusi törəndə, qəhrəman personalımızın göstərdiyi fədakarlığı, əzmkarlığı və məsuliyyətlərini yüksək qiymətləndiririk. Vəzifələrini üstün xidmət əzmi və məsuliyyət bilinci ilə yerinə yetirən bütün personalımızı və birliklərimizi ürəkdən təbrik edirəm."



Digər xəbərlər

Xəbər lenti

14 Yanvar 2026
13 Yanvar 2026

Ən çox oxunan

Hadisə

MÜSAHİBƏ