Samir Şərifov Belarusun Azərbaycandakı səfiri ilə görüşüb

12:59 / 07.01.2026 Oxunub: 288

Azərbaycanın xarici işlər nazirinin müavini Samir Şərifov Belarus Respublikasının Azərbaycandakı səfiri Dmitri Pineviç ilə görüş keçirib.

Kanal 20 TV xəbər verir ki, bu barədə Belarus Xarici İşlər Nazirliyinin rəsmi saytında məlumat dərc olunub.

Görüş zamanı Azərbaycan–Belarus münasibətlərinin cari vəziyyəti və inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb. Tərəflər ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyinə daxil olan məsələləri, eləcə də qarşıdan gələn birgə tədbirlərə hazırlıq prosesini müzakirə ediblər.

Belarus XİN-in məlumatında qeyd olunub ki, görüş konstruktiv və qarşılıqlı maraqlar əsasında baş tutub.



Digər xəbərlər

Xəbər lenti

14 Yanvar 2026
13 Yanvar 2026

Ən çox oxunan

Hadisə

MÜSAHİBƏ