Konstitusiyanın 30 illiyinə həsr olunmuş gənc rəssamın yeni fərdi sərgisi
Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasında “Konstitusiya və Suverenlik İli” çərçivəsində 12 noyabr Konstitusiya Günündə Konstitusiyamızın 30 illiyinə həsr olunmuş gənc istedadlar müsabiqəsinin qalibi – gənc rəssamın yeni fərdi sərgisi açıldı.
Sərgidə 2025-ci ildə Londonda keçirilən gənc istedadların “Golden Time Talent” Festivalında 15-17 yaşlılar arasında 2-ci yerə layiq görülən “Xarıbülbül”, “Kəpənək ömürlü qız”, “İnsanla təbiətin harmoniyası”, “Sirius. Ölülük və dirilik ruhu” və s. rəsmlər nümayiş olunur.
Gənc rəssam Fatimə Babazadə 132-134 Təhsil Kompleksinin 11-ci sinif şagirdidir. O, daha çox fələsəfi janrda şəkillər çəkir, insanla təbiətin harmoniyasını əks etdirir. Bir çox respublika və Beynəlxalq sərgilərdə iştirak edib.
Kitabxanada 1 ay davam edəcək sərgi “Gənclərin asudə vaxtının səmərəli təşkilinə dair Tədbirlər Planı”nın icrası ilə əlaqədar təşkil olunub.


Digər xəbərlər
İncəsənət məktəblərində müəllimlərin attestasiyası davam edir – 8 min təhsilverən qiymətləndiriləcək
Səməd Vurğun – Azərbaycan poeziyasının əbədi səsi
Kitablar səltənətinin növbəti incisi: İsmayıl Şıxlı
Leninoqorskda gənc skripkaçı Esmanur Firdovsili beynəlxalq “Planet Arts” və regional “Star Trek” müsabiqələrində birinci dərəcəli laureat adını qazanıb
Bakıda Kamal Abdullanın “Ruh” tamaşası nümayiş olunub
“70 ilin işıqlı yolu”
Xəbər lenti
Ən çox oxunan
Assosiasiya: Gəlmə və daxili turizm əməliyyatları ƏDV-dən azad edilməlidir