ABŞ rəhbərliyindən Ramazan təbriki: Sülh, birlik və xeyir-dua arzusu

17:22 / 19.02.2026 Oxunub: 478

ABŞ rəhbərliyi Ramazan ayı münasibətilə bu müqəddəs ayı qeyd edən hər kəsi təbrik edib və ən xoş arzularını çatdırıb. Təbrik mesajında Ramazanın mənəvi yenilənmə, düşüncə və Tanrının nemətlərinə şükür etmə dövrü olduğu vurğulanıb.

Bildirilib ki, Ramazan ayı dua və oruc vasitəsilə insanların imanını gücləndirir, ailə və icma bağlarını möhkəmləndirir, mərhəmət, xeyirxahlıq, yardımsevərlik və təvazökarlıq kimi ümumbəşəri dəyərləri ön plana çıxarır.

Mesajda həmçinin qeyd olunub ki, dini etiqad azadlığı ABŞ-ın əsas prinsiplərindən biridir və ölkədə hər bir vətəndaşın öz dinini sərbəst şəkildə yaşaması üçün şərait yaradılır. Administrasiya insanların qorxu olmadan ibadət etməsini və vicdanına uyğun yaşamasını təmin etməyə çalışır.

Sonda Ramazan mövsümünün mərhəmət və xoş niyyət dövrü olduğu bildirilib, ailələrə xoşbəxtlik, dünyaya birlik və sülh, qarşıdakı il üçün isə bərəkət arzulanıb.



Digər xəbərlər

Xəbər lenti

20 Fevral 2026
19 Fevral 2026

Ən çox oxunan

Hadisə

Müsahibə