Almaniya kanslerinin karvanında qəza: uçuş qısa müddət gecikdi
Almaniya kansleri Fridrix Merzin Səudiyyə Ərəbistanında hava limanına doğru hərəkət edən nümayəndə heyətinin karvanında insident yaşanıb. Karvanda yer alan mikroavtobusun qəzaya uğraması kanslerin Qətərə planlaşdırılan uçuşunun qısa müddətə gecikməsinə səbəb olub.
Kanal 20 TV Bild qəzetinə istinadən xəbər verir ki, hadisə Ər-Riyad hava limanından təxminən 2,7 kilometr məsafədə baş verib. İlkin məlumatlara görə, qəza nəticəsində xəsarət alan olmayıb.
Bildin yazdığına görə, mikroavtobusun sürücüsü digər avtomobillərlə toqquşmanın qarşısını almaq məqsədilə qəfil manevr edərək nəqliyyat vasitəsini yol kənarında saxlayıb. Hadisə ilə bağlı Almaniyanın Səudiyyə Ərəbistanındakı səfirliyi dərhal məlumatlandırılıb.
Qəzadan sonra kansler Merz və müşavirləri hava limanında nümayəndə heyətinin digər üzvlərini gözləməli olublar. Nəticədə uçuş 15 dəqiqədən az gecikmə ilə baş tutub.


Digər xəbərlər
Peter Bakker: Çinlə əməkdaşlıq qlobal problemlərin həlli üçün vacibdir
Yeniyetmə skaut Polşaya səfər üçün “Everest”ə bərabər hündürlüyə qalxır
Starmerin qərarı qalmaqala çevrildi: Mandelson böhranı Britaniya siyasətini silkələyir
İran və ABŞ Omanda dolayı nüvə danışıqları aparıb – Tehran “yaxşı başlanğıc” adlandırır
Rəfah keçidinin yenidən açılması Qəzzaya cüzi ümid gətirdi
Prabovo və Albanese görüşdü: İndoneziya–Avstraliya əlaqələri güclənir
Xəbər lenti
Ən çox oxunan
Orhan Ölmez Bakıya gəlir: Şair Səbuhi Zamanla birlikdə möhtəşəm gecə Heydər Əliyev Sarayında