İran və ABŞ Omanda dolayı nüvə danışıqları aparıb – Tehran “yaxşı başlanğıc” adlandırır

22:24 / 06.02.2026 Oxunub: 159

Kanal 20 TV TRT World-ə istinadən xəbər verir ki, İran və ABŞ Omanın paytaxtında nüvə proqramı ilə bağlı dolayı danışıqlar keçirib. İranın xarici işlər naziri Abbas Əraqçi görüşləri “yaxşı başlanğıc” kimi qiymətləndirib.

Məlumata görə, Vaşinqton danışıqların yalnız nüvə məsələsi ilə məhdudlaşmamasını, raket proqramı və regiondakı proseslərin də müzakirə olunmasını istəyir. Lakin İran tərəfi bildirir ki, ölkənin uranı zənginləşdirmək hüququ mütləq tanınmalıdır.

Tərəflər arasında son dövrlərdə baş verən hərbi zərbələrdən sonra dərin etimadsızlıq yaranıb. Bu səbəbdən gələcək danışıqların davam edib-etməyəcəyi Tehran və Vaşinqtonda aparılacaq məsləhətləşmələrdən asılı olacaq.



Digər xəbərlər

Xəbər lenti

06 Fevral 2026

Ən çox oxunan

Hadisə

Müsahibə