Yasamalda yaşayış evində yanğın baş verib

20:00 / 03.02.2026 Oxunub: 322

Kanal 20 TV xəbər verir ki, Bakı şəhəri, Yasamal rayonu, Mikayıl Müşfiq küçəsində yerləşən yaşayış evində yanğın başlayıb.

Məlumata görə, hadisə barədə məlumat daxil olan kimi Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xətti vasitəsilə aidiyyəti qurumlar məlumatlandırılıb və dərhal hadisə yerinə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Eyni zamanda, Parlament prospektində yerləşən birmərtəbəli fərdi yaşayış evində də yanğın baş verməsi ilə bağlı ilkin məlumat daxil olub. Bununla əlaqədar olaraq FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riski Xilasetmə xidmətlərinin qüvvələri operativ şəkildə hadisə yerinə yönləndirilib.

FHN-in Mətbuat xidmətindən bildirilib ki, görülmüş çevik tədbirlər nəticəsində Parlament prospektindəki yaşayış evində baş vermiş yanğının genişlənməsinin qarşısı alınıb və yanğın qısa müddətdə məhdudlaşdırılıb.

Hazırda yanğının tam söndürülməsi istiqamətində əməliyyatlar davam etdirilir. Hadisə ilə bağlı əlavə məlumat veriləcək.



Digər xəbərlər

Xəbər lenti

06 Fevral 2026

Ən çox oxunan

Hadisə

Müsahibə