İran XİN rəhbəri: Müharibə başlasa, cavabımız güclü və şokedici olacaq

18:01 / 31.01.2026 Oxunub: 357

Kanal 20 TV Manset.az-a istinadən xəbər verir ki, İranın xarici işlər naziri Abbas Əraqçi mümkün hərbi qarşıdurma ilə bağlı sərt açıqlama verib.

Nazir bildirib ki, ABŞ əvvəlki 12 günlük müharibə zamanı məğlubiyyətə uğrayıb və qarşısına qoyduğu hədəflərin heç birinə nail ola bilməyib. Onun sözlərinə görə, ABŞ sonda atəşkəslə bağlı İran tərəfinə müraciət etməyə məcbur qalıb.

Abbas Əraqçi vurğulayıb ki, İranın ballistik raket potensialı tam şəkildə qorunub saxlanılır və ölkə öz güclü mövqelərini yenidən nəzərdən keçirərək daha böyük qüdrətlə hazır vəziyyətdədir.

“İrana qarşı hər hansı hücum baş verərsə, cavabımız çox güclü və şokedici olacaq. Bu, ABŞ-a verə biləcəyimiz ən aydın mesajdır”, – deyə İran XİN rəhbəri qeyd edib.



Digər xəbərlər

Xəbər lenti

06 Fevral 2026

Ən çox oxunan

Hadisə

Müsahibə