İran Ərdəbil dəmir yolunu Azərbaycan və Orta Asiyaya bağlamağı planlaşdırır
İranın yol və şəhərsalma nazirinin müavini, eyni zamanda İnkişaf və İnfrastruktur Şirkətinin rəhbəri Huşəng Bazvənd Ərdəbil dəmir yolunun gələcək inkişaf perspektivləri ilə bağlı mühüm açıqlamalar verib.
Kanal 20 TV xəbər verir ki, “Sabalanema.ir” nəşrinin yaydığı məlumata əsasən, Bazvənd Ərdəbil dəmir yolunun ilkin mərhələdə Muğan bölgəsinə qədər uzadılmasının, növbəti mərhələdə isə Azərbaycan Respublikası və Orta Asiya ölkələri ilə birləşdirilməsinin İran üçün strateji məqsədlərdən biri olduğunu bildirib.
Nazir müavini qeyd edib ki, bu layihə regionda nəqliyyat imkanlarını genişləndirməklə yanaşı, İranın Qafqaz və Rusiya istiqamətində ticarət və yükdaşımalarını da əhəmiyyətli dərəcədə artıracaq.
Bazvəndin sözlərinə görə, Ərdəbil–Muğan–Azərbaycan dəmir yolu xətti beynəlxalq tranzit baxımından xüsusi əhəmiyyət daşıyır və region ölkələri arasında iqtisadi əməkdaşlığın güclənməsinə ciddi töhfə verə bilər.
O əlavə edib ki, bu marşrut İranın Orta Asiya bazarlarına çıxışını asanlaşdırmaqla yanaşı, ölkənin tranzit mərkəzi kimi mövqeyini daha da möhkəmləndirəcək.


Digər xəbərlər
Azərbaycan və Pakistan XİN başçıları İslamabaddakı partlayışla bağlı telefon danışığı aparıblar
İran və ABŞ Omanda dolayı nüvə danışıqları aparıb – Tehran “yaxşı başlanğıc” adlandırır
Orhan Ölmez Bakıya gəlir: Şair Səbuhi Zamanla birlikdə möhtəşəm gecə Heydər Əliyev Sarayında
Prezident İlham Əliyev İranın müdafiə nazirinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib
Prezident İlham Əliyevin BƏƏ-yə işgüzar səfəri başa çatıb
Ermənistanın hərbi təcavüzündə iştirak edən şəxslərə hökm oxundu
Xəbər lenti
Ən çox oxunan
Orhan Ölmez Bakıya gəlir: Şair Səbuhi Zamanla birlikdə möhtəşəm gecə Heydər Əliyev Sarayında