27 Yanvar – İnsanlığın Yaddaş Günü: Holokost Qurbanları Ehtiramla Anılır

19:42 / 27.01.2026 Oxunub: 503

Kanal 20 TV xəbər verir ki, 27 yanvar – Beynəlxalq Holokostu Anma Günü münasibətilə insanlıq tarixinin ən dəhşətli faciələrindən birinin qurbanlarının xatirəsi dərin ehtiramla yad olunur.

Bu gün Holokost zamanı həyatını itirmiş milyonlarla günahsız insanın xatirəsini anmaqla yanaşı, soyqırımı və insanlığa qarşı cinayətlərin qarşısının alınmasının bəşəri məsuliyyət olduğu bir daha vurğulanır.

Bəyanatda bildirilir ki, dini və etnik nifrət, irqçilik və dözümsüzlüyün bütün formalarına qarşı mübarizə beynəlxalq ictimaiyyətin prioritet istiqamətlərindən biri olaraq qalır. Beynəlxalq Holokostu Anma Günü insan hüquqlarının qorunması, tolerantlıq və qarşılıqlı hörmət dəyərlərinin təşviqi baxımından xüsusi əhəmiyyət daşıyır.



Digər xəbərlər

Xəbər lenti

06 Fevral 2026

Ən çox oxunan

Hadisə

Müsahibə