Azərbaycan və Pakistan XİN başçıları İslamabaddakı partlayışla bağlı telefon danışığı aparıblar

16:00 / 07.02.2026 Oxunub: 52

Kanal 20 TV xəbər verir ki, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Pakistanın baş nazirinin müavini, xarici işlər naziri Məhəmməd İshaq Dar telefon danışığı həyata keçiriblər.

Söhbət zamanı C.Bayramov İslamabadda baş vermiş partlayışla əlaqədar Azərbaycan Prezidenti, hökuməti və xalqı adından başsağlığı verib və Pakistanın yanında olduqlarını bildirib.

Pakistan tərəfi hücumu qətiyyətlə pisləyib və ölkədə terrorla mübarizə əzminin davam etdiyini qeyd edib. Həmçinin, iki ölkə XİN başçıları regional və beynəlxalq mövzularda qarşılıqlı maraqları müzakirə edərək Azərbaycan-Pakistan əməkdaşlığının möhkəm tərəfdaşlıq çərçivəsində davam etdiyini təsdiqləyiblər.



Digər xəbərlər

Xəbər lenti

06 Fevral 2026

Ən çox oxunan

Hadisə

Müsahibə