Starmerin qərarı qalmaqala çevrildi: Mandelson böhranı Britaniya siyasətini silkələyir

11:24 / 07.02.2026 Oxunub: 114

Kanal 20 TV The Economist nəşrinə istinadən xəbər verir ki, Böyük Britaniyanın Baş naziri Ser Keir Starmer siyasətdə etimadın bərpasını “dövrümüzün ən böyük sınağı” adlandırsa da, onun son diplomatik təyinatı ciddi mübahisələrə səbəb olub.

Starmer ABŞ-la münasibətləri yumşaltmaq məqsədilə “Qaranlığın şahzadəsi” ləqəbi ilə tanınan Peter Mandelsonu Britaniyanın Vaşinqtondakı səfiri təyin edib. Mandelson uzun illər siyasi elitanın ən nüfuzlu fiqurlarından biri və güclü əlaqələrə malik şəbəkə qurucusu kimi tanınıb.

Lakin diqqət çəkən məqam ondan ibarətdir ki, Lord Mandelsonun 2019-cu ildə həbsxanada ölən məşhur seks cinayətkarı Jeffrey Epstein ilə yaxın əlaqələrinin olduğu iddia edilir. Bu fakt onun səfirlik fəaliyyəti ətrafında ciddi qalmaqal yaradıb.

Nəşr yazır ki, Mandelsonun Britaniyanın ən yüksək diplomatik postlarından birində təmsil olunması Starmer hökumətinə qarşı etimadsızlığı daha da artırıb və artıq Baş nazirin siyasi gələcəyini sual altına qoyub.

Məlumata görə, bu böhran Starmerin zəifləyən liderliyini tamamilə məhv edə bilər. Əgər Starmer vəzifədən getsə – istər könüllü, istərsə də məcburi şəkildə – onun yerinə kimin gələcəyi Britaniya siyasətində əsas müzakirə mövzusuna çevrilib.



Digər xəbərlər

Xəbər lenti

06 Fevral 2026

Ən çox oxunan

Hadisə

Müsahibə