Biləsuvarda bəzi küçələrdə elektrik enerjisi müvəqqəti dayandırılacaq

11:54 / 07.02.2026 Oxunub: 129

Biləsuvar şəhərinin bir sıra ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq.

Kanal 20 TV xəbər verir ki, bu barədə “Azərişıq” ASC məlumat yayıb.

Məlumata görə, fevralın 7-də Biləsuvar Elektrik Şəbəkəsinin ərazisində yerləşən 110/35/10 kV-luq “Biləsuvar” yarımstansiyasından qidalanan 10 kV-luq 11 saylı hava xəttində təmir-bərpa işləri və xətt boyunca ağacların budanması həyata keçiriləcək.

Aparılacaq işlərlə əlaqədar olaraq saat 11:00-dan 13:00-dək şəhərin Mübariz İbrahimov, Nizami, Mirzə Ələkbər Sabir və Tofiq İsmayılov küçələrində elektrik enerjisinin verilişində məhdudiyyət olacaq.

Qeyd edilib ki, təmir və ağac budanması işləri tamamlandıqdan sonra həmin ərazilər daha stabil və keyfiyyətli elektrik enerjisi ilə təmin ediləcək.



Digər xəbərlər

Xəbər lenti

06 Fevral 2026

Ən çox oxunan

Hadisə

Müsahibə