DSX-nin sabiq rəhbəri Babək Qurbanov təqaüdə göndərildi
Dövlət Sərhəd Xidmətinin (DSX) Mərkəzi Aparatına rəhbərlik etmiş general-leytenant Babək Qurbanov xidmətdən ayrılaraq təqaüdə göndərilib.
Kanal 20 TV xəbər verir ki, bu barədə məlumatı Qafqazinfo yayıb. Bildirilir ki, 43 yaşlı general öz arzusu ilə hərbi xidməti başa vurub.
Babək Qurbanov İkinci Qarabağ müharibəsində xüsusi şücaət göstərən zabitlər sırasında yer alıb. Müharibədən sonra o, müxtəlif orden və medallarla təltif olunub, eyni zamanda “Vətən Müharibəsi Qəhrəmanı” fəxri adına layiq görülüb.
Qeyd edək ki, generalın əkiz qardaşı Bayram Qurbanov da hərbçidir və hazırda Xüsusi Təyinatlı Qüvvələrdə polkovnik rütbəsində xidmətini davam etdirir.
Xatırladaq ki, Babək Qurbanov yaxın günlərdə DSX Mərkəzi Aparatının rəhbəri vəzifəsindən azad edilmişdi. Artıq həmin posta general-mayor Faiq Məmmədov təyin olunub.


Digər xəbərlər
Azərbaycan və Pakistan XİN başçıları İslamabaddakı partlayışla bağlı telefon danışığı aparıblar
Şeyxülislam Allahşükür Paşazadə Abu-Dabidə keçirilən beynəlxalq toplantılarda iştirak edib
İran Ərdəbil dəmir yolunu Azərbaycan və Orta Asiyaya bağlamağı planlaşdırır
Saleh Məmmədov vəzifəsindən azad olunub
Prezident İlham Əliyev İranın müdafiə nazirinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib
Prezident İlham Əliyevin BƏƏ-yə işgüzar səfəri başa çatıb
Xəbər lenti
Ən çox oxunan
Orhan Ölmez Bakıya gəlir: Şair Səbuhi Zamanla birlikdə möhtəşəm gecə Heydər Əliyev Sarayında