Şeyxülislam Allahşükür Paşazadə Abu-Dabidə keçirilən beynəlxalq toplantılarda iştirak edib

12:00 / 07.02.2026 Oxunub: 54

Birləşmiş Ərəb Əmirliklərinin Abu-Dabi şəhərində yerləşən Zayed Milli Muzeyində 2026-cı il üzrə “Zayed İnsan Qardaşlığı Mükafatı”nın münsiflər heyətinin iclasları keçirilib.

Toplantılarda Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, Özbəkistan Prezidenti Administrasiyasının rəhbəri Səidə Mirziyoyeva və digər münsiflər heyətinin üzvləri iştirak ediblər.

Səfər çərçivəsində Şeyxülislam Allahşükür Paşazadə bir sıra ikitərəfli görüşlər də keçirib. O, Müsəlman Ağsaqqallar Şurasının baş katibi və “Zayed İnsan Qardaşlığı Mükafatı”nın baş katibi Mohamed Abdelsalam ilə görüşüb.

Görüş zamanı tərəflər 2026-cı ildə Azərbaycan və xaricdə keçiriləcək dinlərarası, mədəniyyətlərarası və islamdaxili tədbirlər barədə fikir mübadiləsi aparıblar.

Eyni zamanda, Müsəlman Ağsaqqallar Şurasının növbəti sessiyasının 2027-ci ildə Azərbaycanda keçirilməsi məsələsi də müzakirə olunub.



Digər xəbərlər

Xəbər lenti

06 Fevral 2026

Ən çox oxunan

Hadisə

Müsahibə