Azərbaycanda hava temperaturu normadan yüksəkdir – fevralda 23 dərəcə isti qeydə alınıb

09:22 / 18.02.2026 Oxunub: 552

Azərbaycana isti hava kütlələrinin daxil olması nəticəsində ölkə ərazisində hava şəraiti mülayim keçir, əsasən yağmursuz hava müşahidə olunur. Temperatur göstəricilərinin isə mövsüm norması ilə müqayisədə daha yüksək olduğu bildirilir.

Kanal 20 TV saytı xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova “Report”a açıqlamasında məlumat verib.

Onun sözlərinə görə, hazırda Bakıda, Abşeron yarımadasında və bölgələrdə havanın maksimal temperaturu 20-23 dərəcə istiyədək yüksəlib.

G.Məmmədova qeyd edib ki, son 10-15 ildə fevral ayında Bakıda qeydə alınan ən yüksək temperatur 25 dərəcə isti olub. Bu il isə fevralın 17-dək artıq yüksək temperatur göstəriciləri müşahidə edilir.



Digər xəbərlər

Xəbər lenti

20 Fevral 2026
19 Fevral 2026

Ən çox oxunan

Hadisə

Müsahibə