Bakı məhkəməsinin Ruben Vardanyanla bağlı qərarı münaqişənin simvolik yekunu kimi qiymətləndirilib
Kanal 20 TV xəbər verir ki, Bakı məhkəməsinin oliqarx Ruben Vardanyanla bağlı verdiyi qərar təkcə ədalətin bərpası deyil, eyni zamanda Azərbaycan xalqına təxminən 30 il ərzində böyük əzablar yaşatmış münaqişənin simvolik və məntiqi yekunu hesab olunur.
Bu fikirləri Azərbaycan Prezidentinin köməkçisi və Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “X” sosial şəbəkəsində paylaşdığı açıqlamada bildirib.
Hikmət Hacıyev qeyd edib ki, Azərbaycan münaqişənin həlli üçün unikal hərbi-siyasi model ortaya qoyaraq postmünaqişə dövründə sülh gündəliyini irəli sürüb. Bunun nəticəsində Bako Saakyan, Araik Arutyunyan, Ruben Vardanyan və digər şəxslər də daxil olmaqla, hərbi və insanlığa qarşı cinayətlərdə ittiham olunanların məsuliyyətə cəlb edilməsi təmin olunub.
Prezidentin köməkçisi vurğulayıb ki, Xocalı soyqırımının növbəti ildönümü ərəfəsində bu məhkəmə qərarlarının qəbul edilməsi faciənin və ümumilikdə münaqişənin günahsız qurbanlarının xatirəsinə dərin ehtiramın ifadəsidir.


Digər xəbərlər
Orhan Ölməz və Səbuhi Zaman eyni səhnədə – Bakıda möhtəşəm duet gecəsi
Prezidentdən iki publik hüquqi şəxslə bağlı yeni fərman – qurumlar birləşdirildi
Prezident İlham Əliyevin ABŞ səfəri başa çatıb
Bu gün Azərbaycan Respublikasının Milli Məclisinin yaz sessiyası çərçivəsində növbəti plenar iclası keçirilir.
Bakıda neokolonializm və qlobal bərabərsizlik mövzusunda beynəlxalq konfrans keçirilir
Ramazan ayının ilk günü məlum oldu – 2026 təqvimi
Xəbər lenti
Ən çox oxunan