Patruşev Qərbə xəbərdarlıq etdi: Rusiya donanması səfərbər oluna bilər
Kanal 20 TV xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putinin müşavirlərindən Nikolay Patruşev Rusiya gəmilərinə əl qoyulması ehtimalına qarşı sərt mövqe nümayiş etdirib. O bildirib ki, belə halların qarşısını almaq üçün Rusiya donanması səfərbər edilə bilər.
Patruşevin sözlərinə görə, əgər Moskva bu məsələdə sərt reaksiya göstərməsə, yaxın gələcəkdə Böyük Britaniya, Fransa və Baltikyanı ölkələr daha cəsarətli addımlar ata bilər. O iddia edib ki, bu ölkələr Atlantik hövzəsində Rusiyanın dənizlərə çıxışını məhdudlaşdırmağa çalışa bilərlər.
Son dövrlərdə Rusiya ilə Avropa və Baltik ölkələri arasında dəniz daşımaları sahəsində gərginlik artmaqdadır. Qərb dövlətləri Rusiya ilə əlaqəli neft tankerlərinin qarşısını almağa çalışır. ABŞ-ın Venezuela neft ixracını məhdudlaşdırmaq məqsədilə Rusiya bayraqlı tankerə əl qoyması isə vəziyyəti daha da gərginləşdirib.
Patruşev qeyd edib ki, əgər Rusiya adekvat tədbirlər görməzsə, gələcəkdə daha ciddi təzyiq və tələblərlə üzləşə bilər.


Digər xəbərlər
Abbas Arağçı: İran nüvə proqramını dayandırmağı təklif etməyib
Rusiya XİN sözçüsü Zakharova ABŞ-ın danışıqlara vasitəçiliyi iddialarını tənqid edib
ABŞ rəhbərliyindən Ramazan təbriki: Sülh, birlik və xeyir-dua arzusu
İranlı hakerlər Tramp barədə şok iddia irəli sürdü
ABŞ Ukrayna və Rusiya arasında üçüncü trilateral görüşləri moderasiya edib
NYC meri: Vergiləri artırmağa məcburuq
Xəbər lenti
Ən çox oxunan