Bakıda Azərbaycan Hakimlərinin II Forumu keçirilir

11:14 / 20.02.2026 Oxunub: 448

Bakıda Azərbaycan hakimlərinin II Forumu öz işinə başlayıb.

Kanal 20 TV report.az-a istinadən xəbər verir ki, tədbirdə 600-ə yaxın məhkəmə hakimi, eləcə də Məhkəmə-Hüquq Şurasının üzvləri iştirak edir.

Forumun əsas məqsədi ölkədə həyata keçirilən məhkəmə-hüquq islahatları barədə hüquq ictimaiyyətini və cəmiyyəti məlumatlandırmaqdır. Tədbir çərçivəsində məhkəmə sistemində aparılan yeniliklər, qarşıda duran prioritet vəzifələr və ədalət mühakiməsi sahəsində mövcud müasir çağırışlar ətrafında geniş müzakirələr aparılacaq.

Qeyd edək ki, forum məhkəmə sisteminin təkmilləşdirilməsi istiqamətində görülən işlərin dəyərləndirilməsi və gələcək hədəflərin müəyyənləşdirilməsi baxımından mühüm platforma hesab olunur.



Digər xəbərlər

Xəbər lenti

20 Fevral 2026
19 Fevral 2026

Ən çox oxunan

Hadisə

Müsahibə