Bakıdan Laçına yeni müntəzəm avtobus reysi açılır
Kanal 20 TV xəbər verir ki, Bakıdan Laçın şəhərinə yeni müntəzəm avtobus marşrutu təşkil olunur.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) yaydığı məlumata görə, yeni Bakı–Laçın reysi fevralın 25-dən fəaliyyətə başlayacaq. Avtobuslar Laçın–Həkəri–Zəngilan yolu ilə hərəkət edəcək.
Reyslər hər gün həyata keçiriləcək. Bakı Beynəlxalq Avtovağzal Kompleksindən avtobuslar saat 08:00-da, Laçından isə Bakı istiqamətinə saat 16:00-da yola düşəcək.
Marşrut üzrə gedişhaqqı 16,10 AZN müəyyən edilib. Aralıq dayanacaq kimi Zəngilan rayonunun Ağalı kəndi seçilib və həmin məntəqəyə gediş haqqı 13,80 AZN təşkil edir.
Qeyd olunur ki, hazırda sərnişinlər Laçına Bakı–Xankəndi–Laçın marşrutu ilə səfər edirlər. Yeni reys istifadəyə verildikdən sonra həmin xətt Bakı–Şuşa reysi kimi fəaliyyət göstərəcək və son dayanacaq Şuşa şəhəri olacaq.
Biletlər yalnız onlayn şəkildə “biletim.az” portalı vasitəsilə əldə edilə bilər. Portal və mobil tətbiq üzərindən bilet alan vətəndaşlara işğaldan azad olunmuş ərazilərə giriş icazəsi avtomatik təqdim olunur.


Digər xəbərlər
Sumqayıt və ətraf ərazilərdə iki günlük su kəsintisi olacaq
Yasamalda “Şamaxinka” yol qovşağında hərəkət artıq işıqforla tənzimlənir
Bu gün Bakıda hava necə olacaq? – Temperatur 16 dərəcəyədək yüksələcək
Xocalının Xanabad kəndinə ilk köç karvanı çatıb – ailələrə mənzillərin açarları təqdim olunub
Azərbaycanda hava temperaturu normadan yüksəkdir – fevralda 23 dərəcə isti qeydə alınıb
Sabah maqnit qasırğası gözlənilmir
Xəbər lenti
Ən çox oxunan