Bu gün Azərbaycan Respublikasının Milli Məclisinin yaz sessiyası çərçivəsində növbəti plenar iclası keçirilir.
Kanal 20 TV xəbər verir ki, iclasın gündəliyinə ümumilikdə 10 məsələ daxil edilib. Deputatlar bir sıra mühüm qanun layihələrini müxtəlif oxunuşlarda müzakirəyə çıxaracaqlar.
Gündəliyin əsas bəndlərindən biri “Avropa Şurasının İnsan orqanlarının alverinə qarşı Konvensiyası”nın təsdiqinə dair qanun layihəsidir. Bununla yanaşı, Gömrük Məcəlləsi, İnzibati Xətalar Məcəlləsi və “Qiymətli metallar və qiymətli daşlar haqqında” qanuna dəyişiklikləri nəzərdə tutan sənəd üçüncü oxunuşda müzakirə olunacaq.
Plenar iclasda həmçinin “Büdcə sistemi haqqında”, “Mühasibat uçotu haqqında” və “Dövlət satınalmaları haqqında” qanunlara dəyişikliklər (üçüncü oxunuş), eləcə də “Uşaq hüquqları haqqında” qanun layihəsi (ikinci oxunuş) müzakirəyə çıxarılacaq.
Bundan əlavə, bir sıra məcəllə və qanunlara – o cümlədən Mülki Prosessual, Ailə və Cinayət-Prosessual məcəllələrinə, eləcə də gənclər siyasəti, sosial xidmət, media, reklam və digər sahələri əhatə edən normativ aktlara dəyişiklikləri nəzərdə tutan geniş qanun paketi ikinci oxunuşda baxılacaq.
Gündəliyə daxil edilən digər məsələlər sırasında “Kinematoqrafiya haqqında”, “Yol hərəkəti haqqında”, “Avtomobil yolları haqqında” və “İnvestisiya fəaliyyəti haqqında” qanunlara dəyişikliklər də var.
Eyni zamanda, İnzibati Xətalar Məcəlləsinə dəyişikliklə bağlı layihə birinci oxunuşda, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiqi və “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanuna dəyişiklikləri nəzərdə tutan sənəd isə birinci oxunuşda müzakirə ediləcək.
Qeyd edək ki, müzakirəyə çıxarılan qanun layihələri ölkənin hüquqi bazasının təkmilləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.


Digər xəbərlər
Orhan Ölməz və Səbuhi Zaman eyni səhnədə – Bakıda möhtəşəm duet gecəsi
Prezidentdən iki publik hüquqi şəxslə bağlı yeni fərman – qurumlar birləşdirildi
Prezident İlham Əliyevin ABŞ səfəri başa çatıb
Bakı məhkəməsinin Ruben Vardanyanla bağlı qərarı münaqişənin simvolik yekunu kimi qiymətləndirilib
Bakıda neokolonializm və qlobal bərabərsizlik mövzusunda beynəlxalq konfrans keçirilir
Ramazan ayının ilk günü məlum oldu – 2026 təqvimi
Xəbər lenti
Ən çox oxunan