Bakıda neokolonializm və qlobal bərabərsizlik mövzusunda beynəlxalq konfrans keçirilir
Kanal 20 TV xəbər verir ki, Bakıda “Neokolonializm və qlobal bərabərsizlik” mövzusunda beynəlxalq konfrans işə başlayıb.
Tədbirdə ilk dəfə olaraq müstəmləkə ərazilərində yerli əhali ilə birbaşa çalışan antropoloqlar və psixoterapevtlər, həmçinin həmin bölgələrdə fəaliyyət göstərən müstəqillik hərəkatlarının liderləri və neokolonializm üzrə ixtisaslaşmış tədqiqatçılar iştirak edirlər.
Konfrans çərçivəsində müxtəlif sosial və mədəni mühitlərdə müstəmləkəçiliyə məruz qalmış xalqların travmatik və sosial təcrübəsinin araşdırılması, eləcə də müstəmləkəçi dövlətlərin qanunsuz fəaliyyətləri nəticəsində yaranan struktur problemlərin müzakirəsi nəzərdə tutulur.
Bundan əlavə, müstəmləkə təcrübəsinin sənədləşdirilməsi, təhlili və beynəlxalq ictimaiyyətə çatdırılması üçün informasiyaya çıxış məsələsi də gündəmdə yer alır.
Tədbirdə rəqəmsal və elmi platformaların beynəlxalq təşkilatların virtual sistemlərinə inteqrasiyası, kolonializmi araşdıran tədqiqat qrupları və ekspertlər üçün məlumatların əlçatanlığının artırılması, eləcə də məhkəmə materiallarına çıxış imkanları da nəzərdən keçiriləcək.
Qeyd edək ki, beynəlxalq konfrans Bakı Təşəbbüs Qrupunun (BTQ) təşkilatçılığı ilə keçirilir.


Digər xəbərlər
Orhan Ölməz və Səbuhi Zaman eyni səhnədə – Bakıda möhtəşəm duet gecəsi
Prezidentdən iki publik hüquqi şəxslə bağlı yeni fərman – qurumlar birləşdirildi
Prezident İlham Əliyevin ABŞ səfəri başa çatıb
Bu gün Azərbaycan Respublikasının Milli Məclisinin yaz sessiyası çərçivəsində növbəti plenar iclası keçirilir.
Bakı məhkəməsinin Ruben Vardanyanla bağlı qərarı münaqişənin simvolik yekunu kimi qiymətləndirilib
Ramazan ayının ilk günü məlum oldu – 2026 təqvimi
Xəbər lenti
Ən çox oxunan