ADU tələbələri İsrailin Bakıdakı səfirliyində diplomatik görüşdə iştirak ediblər
Kanal 20 TV xəbər verir ki, Azərbaycan Dillər Universitetinin (ADU) tələbələri İsrail Dövlətinin Azərbaycan Respublikasındakı Səfirliyini ziyarət ediblər.
Ziyarət çərçivəsində tələbələr İsrailin Bakıdakı fövqəladə və səlahiyyətli səfiri Ronen Krausz və səfir müavini, missiya rəhbərinin müavini (DCM) Aviv Zell ilə görüşüblər. Görüş zamanı gənclərə diplomatik fəaliyyətin əsas istiqamətləri, səfirliyin işi və beynəlxalq münasibətlər sahəsində praktiki təcrübə barədə ətraflı məlumat verilib.
Tələbələr İsrail dövləti, iki ölkə arasında mövcud əməkdaşlıq əlaqələri və diplomatik xidmətlə bağlı onları maraqlandıran sualları ünvanlayıblar. Eyni zamanda, ADU tələbələri ivrit dili üzrə biliklərini praktik mühitdə tətbiq etmək imkanı qazanıblar.
Qeyd edək ki, bu cür ziyarətlər tələbələrin nəzəri biliklərinin praktiki bacarıqlarla möhkəmləndirilməsi və beynəlxalq diplomatik proseslərlə yaxından tanış olmaları baxımından xüsusi əhəmiyyət daşıyır.


Digər xəbərlər
Orhan Ölməz və Səbuhi Zaman eyni səhnədə – Bakıda möhtəşəm duet gecəsi
Prezidentdən iki publik hüquqi şəxslə bağlı yeni fərman – qurumlar birləşdirildi
Prezident İlham Əliyevin ABŞ səfəri başa çatıb
Bu gün Azərbaycan Respublikasının Milli Məclisinin yaz sessiyası çərçivəsində növbəti plenar iclası keçirilir.
Bakı məhkəməsinin Ruben Vardanyanla bağlı qərarı münaqişənin simvolik yekunu kimi qiymətləndirilib
Bakıda neokolonializm və qlobal bərabərsizlik mövzusunda beynəlxalq konfrans keçirilir
Xəbər lenti
Ən çox oxunan
