Aİ Ermənistandakı Monitorinq Missiyasına yeni rəhbər təyin edib
08:28 / 18.02.2026
Oxunub: 510
Avropa İttifaqı Şurası fevralın 17-də Satu Koyvunu Aİ-nin Ermənistandakı Monitorinq Missiyasının yeni rəhbəri təyin edib.
Kanal 20 TV xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, Satu Koyvu fevralın 20-dən etibarən yeni vəzifəsinin icrasına başlayacaq. O, bu postda Markus Ritteri əvəz edəcək.
Qeyd edək ki, Avropa İttifaqının Ermənistandakı Monitorinq Missiyası fəaliyyətinə 20 fevral 2023-cü ildə start verib. Aİ Şurası isə 30 yanvar 2025-ci ildə missiyanın mandatını daha iki il uzadaraq onun fəaliyyət müddətini 19 fevral 2027-ci ilədək artırıb.


Digər xəbərlər
Abbas Arağçı: İran nüvə proqramını dayandırmağı təklif etməyib
Rusiya XİN sözçüsü Zakharova ABŞ-ın danışıqlara vasitəçiliyi iddialarını tənqid edib
ABŞ rəhbərliyindən Ramazan təbriki: Sülh, birlik və xeyir-dua arzusu
İranlı hakerlər Tramp barədə şok iddia irəli sürdü
ABŞ Ukrayna və Rusiya arasında üçüncü trilateral görüşləri moderasiya edib
NYC meri: Vergiləri artırmağa məcburuq
Xəbər lenti
20 Fevral 2026
19 Fevral 2026
Ən çox oxunan
15:44
06 Fevral 2026
2090