Azərbaycan Berlinale Film Festivalında təmsil olunur
Kanal 20 TV xəbər verir ki, Azərbaycan 12–22 fevral tarixlərində Almaniyanın paytaxtı Berlin şəhərində keçirilən 76-cı Berlin Beynəlxalq Film Festivalında (Berlinale) iştirak edir.
Festival çərçivəsində ölkəmizi təmsil edən nümayəndə heyəti milli kinematoqrafiyanın beynəlxalq səviyyədə tanıdılması və yeni əməkdaşlıq imkanlarının yaradılması məqsədilə bir sıra işgüzar görüşlər keçirir.
Səfər zamanı Berlində yerləşən Azərbaycan Mədəniyyət Mərkəzində Azərbaycan Respublikasının Kino Agentliyi (ARKA) ilə Gürcüstan Milli Kino Mərkəzi arasında əməkdaşlıq memorandumu imzalanıb.
Memorandumun əsas məqsədi audiovizual sahədə birgə film istehsalı mexanizmlərinin inkişaf etdirilməsi, film istehsalçılarına qarşılıqlı xidmətlərin göstərilməsi, iki ölkənin mədəni dəyərlərini əks etdirən layihələrin artırılması və Azərbaycan-Gürcüstan dostluq əlaqələrinin kinematoqrafiyada təşviq olunmasıdır.
Sənədi ARKA-nın baş direktoru Rəşad Əzizov və Gürcüstan Milli Kino Mərkəzinin baş direktoru Mamuka Bliadze imzalayıblar. Memorandum çərçivəsində gələcəkdə tərəflər arasında əlavə müqavilələrin bağlanması da nəzərdə tutulur.


Digər xəbərlər
Kitablar səltənətinin növbəti incisi: İsmayıl Şıxlı
Leninoqorskda gənc skripkaçı Esmanur Firdovsili beynəlxalq “Planet Arts” və regional “Star Trek” müsabiqələrində birinci dərəcəli laureat adını qazanıb
Bakıda Kamal Abdullanın “Ruh” tamaşası nümayiş olunub
“70 ilin işıqlı yolu”
Xalq şairi Nəriman Həsənzadə “Heydər Əliyev” ordeni ilə təltif olunub
“Qutu” filmi yaxın zamanda tamaşaçılara təqdim olunacaq
Xəbər lenti
Ən çox oxunan