Azərbaycan üzərindən Ermənistana taxıl tranziti davam edir

16:32 / 04.02.2026 Oxunub: 250

Bu gün Azərbaycan ərazisindən tranzit keçməklə Ermənistana ümumi çəkisi 560 ton olan taxıl yüklü 8 vaqon göndəriləcək.

Kanal 20 TV xəbər verir ki, məlumatı “Azərbaycan Dəmir Yolları” QSC yayıb. Bildirilib ki, daşımalar Rusiya istiqamətindən həyata keçirilir və Azərbaycan ərazisi tranzit marşrut kimi istifadə olunur.

ADY-nin açıqlamasına görə, indiyədək Rusiyadan Ermənistana Azərbaycan üzərindən ümumilikdə 20 min 660 ton taxıl daşınıb. Bu rəqəmə bugünkü göndəriş də daxildir.



Digər xəbərlər

Xəbər lenti

06 Fevral 2026

Ən çox oxunan

Hadisə

Müsahibə