Azərbaycan XİN Rusiyanın səfirinə etiraz notası təqdim edib
Fevralın 6-da Azərbaycan Xarici İşlər Nazirliyi Rusiyanın ölkəmizdəki səfiri Mixail Yevdokimova etiraz notası təqdim edib.
XİN-in məlumatına görə, səfir ilə keçirilən görüş zamanı Rusiya Dövlət Dumasının deputatı Konstantin Zatulinin Ermənistan vətəndaşlarının Azərbaycanda məhkum olunması ilə bağlı səsləndirdiyi bəyanata kəskin etiraz bildirilib.
Rəsmi Bakı Zatulinin uzun müddətdir Azərbaycanın suverenliyi və ərazi bütövlüyü əleyhinə çıxış etdiyini, separatizmə açıq dəstək verdiyini və məhkəmə qərarlarını təhrif etməyə çalışdığını qətiyyətlə pisləyib.
Görüşdə Rusiya tərəfi Zatulin kimi şəxslərin bölgədə sülh və sabitliyə zərbə vuran destruktiv fəaliyyətinin qarşısının alınması üçün müvafiq addımlar atmağa çağırılıb.
Musavat.com-un xəbərinə görə, Rusiya Xarici İşlər Nazirliyi və Dövlət Duması rəhbərliyi təqdim edilən notaya hələlik rəsmi reaksiya verməyib.
Konstantin Zatulin isə RTVI-yə açıqlamasında etiraz notasının məzmunundan xəbərsiz olduğunu iddia edib və Bakının ünvanına növbəti dəfə sərt ifadələr səsləndirib.
Deputat, həmçinin separatçı keçmiş rejimin nümayəndələri Arkadi Qukasyan və Bako Saakyanın həbs cəzaları ilə bağlı yenidən “narahatlıq” ifadə edib.
Qeyd edək ki, Zatulin son bəyanatında Azərbaycanın məhkum edilmiş şəxsləri “dərhal azad etməli olduğunu” iddia edərək, Ermənistan hakimiyyətini də tənqid edib


Digər xəbərlər
Gəncə Hərbi Prokurorluğunda yeni təyinat
Azərbaycan və Pakistan XİN başçıları İslamabaddakı partlayışla bağlı telefon danışığı aparıblar
Şeyxülislam Allahşükür Paşazadə Abu-Dabidə keçirilən beynəlxalq toplantılarda iştirak edib
İran Ərdəbil dəmir yolunu Azərbaycan və Orta Asiyaya bağlamağı planlaşdırır
DSX-nin sabiq rəhbəri Babək Qurbanov təqaüdə göndərildi
Saleh Məmmədov vəzifəsindən azad olunub
Xəbər lenti
Ən çox oxunan
Orhan Ölmez Bakıya gəlir: Şair Səbuhi Zamanla birlikdə möhtəşəm gecə Heydər Əliyev Sarayında