“Azeri Light” neftinin qiyməti ucuzlaşıb

10:43 / 27.01.2026 Oxunub: 486

Kanal 20 TV xəbər verir ki, dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin bir barelinin qiymətində azalma qeydə alınıb. Belə ki, neftin qiyməti 0,48 ABŞ dolları və ya 0,7 faiz azalaraq 67,86 ABŞ dolları təşkil edib.

Qeyd edək ki, Azərbaycanın 2026-cı il üzrə dövlət büdcəsində bir barel neftin orta qiyməti 65 ABŞ dolları səviyyəsində nəzərdə tutulub. Mövcud qiymət büdcə proqnozundan yüksək olaraq qalır.

Xatırladaq ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 21 aprel 2020-ci il tarixində 15,81 ABŞ dolları, ən yüksək qiyməti isə 2008-ci ilin iyul ayında 149,66 ABŞ dolları səviyyəsində qeydə alınıb.



Digər xəbərlər

Xəbər lenti

06 Fevral 2026

Ən çox oxunan

Hadisə

Müsahibə