Ceyhun Bayramov İran XİN başçısının müavinini qəbul edib

16:49 / 23.01.2026 Oxunub: 590

Yanvarın 23-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ölkəmizdə səfərdə olan İran İslam Respublikasının xarici işlər nazirinin müavini Vahid Cəlalzadə ilə görüşüb.

Kanal 20 TV xəbər verir ki, görüş zamanı Azərbaycan–İran münasibətlərinin ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyi, İranda son dövrlərdə müşahidə olunan gərginlik, eləcə də regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

İran XİN-in müavini Vahid Cəlalzadə ölkəsindəki mövcud vəziyyət və son hadisələr barədə ətraflı məlumat verib. Xarici işlər naziri Ceyhun Bayramov isə Azərbaycanın İranda sabitliyə önəm verdiyini vurğulayıb, baş vermiş hadisələr zamanı həlak olanların ailələrinə başsağlığı diləklərini çatdırıb.

Görüşdə Azərbaycan və İran arasında dostluq münasibətlərinin inkişafında dövlət başçıları səviyyəsində təmasların, qarşılıqlı səfərlərin və mövcud siyasi dialoqun mühüm rol oynadığı qeyd edilib. Ümumi maraq doğuran məsələlərin müzakirəsinin əməkdaşlığın daha da genişləndirilməsinə töhfə verdiyi bildirilib. Həmçinin iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Azərbaycan–İran Dövlət Komissiyasının fəaliyyəti məmnunluqla vurğulanıb.

Tərəflər nəqliyyat və kommunikasiya sahələrində əməkdaşlığın perspektivlərini də müzakirə ediblər. Xüsusilə Azərbaycan və İran tərəfindən icra olunan bir sıra layihələrin regiondan keçən nəqliyyat dəhlizlərinin inkişafında mühüm əhəmiyyət daşıdığı diqqətə çatdırılıb.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi apar



Digər xəbərlər

Xəbər lenti

06 Fevral 2026

Ən çox oxunan

Hadisə

Müsahibə