Dövlət Gömrük Komitəsinin bir sıra əməkdaşlarına ali xüsusi rütbələr verildi
Kanal 20 TV xəbər verir ki, Azərbaycan Dövlət Gömrük Komitəsinin bir sıra yüksəkvəzifəli əməkdaşlarına ali xüsusi rütbələr verilib.
Bununla bağlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev müvafiq Sərəncam imzalayıb.
Sərəncama əsasən, Şahin Soltan oğlu Bağırov – Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri “Gömrük xidməti general-polkovniki” ali xüsusi rütbəsinə layiq görülüb.
Bundan əlavə, aşağıdakı şəxslərə “Gömrük xidməti general-mayoru” ali xüsusi rütbəsi verilib:
Fuad Elxan oğlu Məmmədov – Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin müavini
Fuad Mikayıl oğlu Aslanov – Rəqəmsal İdarəetmə Baş İdarəsinin rəisi
Elmir Bahadur oğlu Ramazanov – Bakı Baş Gömrük İdarəsinin rəisi
Qeyd edək ki, bu rütbələr Dövlət Gömrük Komitəsi əməkdaşlarının xidmət fəaliyyətində fərqlənməsinə və peşəkarlığına verilən yüksək qiymətin göstəricisidir.


Digər xəbərlər
Gəncə Hərbi Prokurorluğunda yeni təyinat
Azərbaycan və Pakistan XİN başçıları İslamabaddakı partlayışla bağlı telefon danışığı aparıblar
İran Ərdəbil dəmir yolunu Azərbaycan və Orta Asiyaya bağlamağı planlaşdırır
İran və ABŞ Omanda dolayı nüvə danışıqları aparıb – Tehran “yaxşı başlanğıc” adlandırır
Orhan Ölmez Bakıya gəlir: Şair Səbuhi Zamanla birlikdə möhtəşəm gecə Heydər Əliyev Sarayında
Prezident İlham Əliyev İranın müdafiə nazirinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib
Xəbər lenti
Ən çox oxunan
Orhan Ölmez Bakıya gəlir: Şair Səbuhi Zamanla birlikdə möhtəşəm gecə Heydər Əliyev Sarayında