Ermənistanın hərbi təcavüzündə iştirak edən şəxslərə hökm oxundu

16:26 / 05.02.2026 Oxunub: 219

Bakı Hərbi Məhkəməsində Ermənistan vətəndaşlarının iştirakı ilə davam etdirilən məhkəmə prosesi yekunlaşıb və təqsirləndirilən şəxslərə hökm oxunub.

Kanal 20 TV xəbər verir ki, məhkəmənin qərarına əsasən:

Melikset Paşayan 19 il,

Qarik Martirosyan 18 il,

Davit Allahverdiyan 16 il,

Levon Balayan 16 il,

Vasili Beqlaryan 15 il,

Qurgen Stepanyan 15 il,

Erik Qazaryan isə 15 il müddətinə azadlıqdan məhrum edilib.

Məlumata görə, təqsirləndirilən şəxslər Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, soyqırımı, terrorçuluq fəaliyyəti və digər ağır əməllərdə ittiham olunublar.

Qeyd edək ki, bu məhkəmə prosesində Ermənistan Respublikasının vətəndaşları təcavüzkar müharibənin hazırlanması və aparılması, müharibə qanunlarının pozulması, terrorçuluğun maliyyələşdirilməsi, hakimiyyətin zorla ələ keçirilməsi kimi çoxsaylı cinayətlərdə təqsirli bilinərək yekun qərarla cəzalandırılıblar.



Digər xəbərlər

Xəbər lenti

06 Fevral 2026

Ən çox oxunan

Hadisə

Müsahibə