Mehriban Əliyeva yenidən AGF prezidenti seçilib

18:39 / 16.02.2026 Oxunub: 735

Kanal 20 TV xəbər verir ki, Mehriban Əliyeva növbəti beş il müddətinə Azərbaycan Gimnastika Federasiyasının (AGF) prezidenti – İcra Komitəsinin sədri seçilib.

Bu qərar federasiyanın hesabat-seçki xarakterli 16-cı ümumi yığıncağında səsvermə nəticəsində qəbul olunub.

Yığıncaqda 2021–2025-ci illər üzrə fəaliyyət və maliyyə hesabatları təqdim edilib, Nizamnaməyə dəyişikliklər təsdiqlənib və komissiyaların yeni tərkibi formalaşdırılıb.

Altay Həsənov vitse-prezident, Rauf Əliyev, Rafiq Beybutov və Vəfa Bəkərova isə İcra Komitəsinin üzvləri seçiliblər.

Sonda yüksək nəticə göstərmiş idmançılar xatirə medalları ilə təltif olunublar.



Digər xəbərlər

Xəbər lenti

20 Fevral 2026
19 Fevral 2026

Ən çox oxunan

Hadisə

Müsahibə