Quba RİH-də kadr dəyişiklikləri olub

13:45 / 16.02.2026 Oxunub: 517

Kanal 20 TV xəbər verir ki, Quba Rayon İcra Hakimiyyətində bir neçə vəzifə üzrə kadr dəyişiklikləri həyata keçirilib.

Məlumata görə, icra başçısı İlqar Mahmudovun imzaladığı əmrlərə əsasən, Rüstəm Məmmədov başçının köməkçisi vəzifəsindən azad edilib. Bununla yanaşı, o, Quba şəhər İnzibati Ərazi Dairəsi üzrə icra başçısının nümayəndəsi təyin olunub.

Digər əmrlə Şahin Aslanov Memarlıq-tikinti məsələləri sektorunun müdiri, şöbə müdirinin müavini və rayonun baş memarı vəzifələrindən çıxarılıb.

Eyni zamanda, Tural Rəhimov Hüquq və kadr məsələləri sektoruna məsləhətçi vəzifəsinə təyin edilib.

Qeyd olunur ki, Rüstəm Məmmədov 2022-ci ildən Quba Rayon İcra Hakimiyyətində fəaliyyət göstərirdi.



Digər xəbərlər

Xəbər lenti

20 Fevral 2026
19 Fevral 2026

Ən çox oxunan

Hadisə

Müsahibə