Qurban Qurbanov Çempionlar Liqası pley-offu və “Liverpul” məğlubiyyəti ilə bağlı danışdı

08:55 / 29.01.2026 Oxunub: 382

“Kanal 20 TV” xəbər verir ki, “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının pley-off mərhələsində komandasını gözləyən potensial rəqiblər və “Liverpul”a qarşı 0:6 hesablı məğlubiyyətdən çıxarılan dərslərlə bağlı fikirlərini bölüşüb.

Təcrübəli mütəxəssis pley-off mərhələsində mümkün rəqiblər olan PSJ və “Nyukasl” arasında fərq qoymadığını bildirib:

“Hər iki komandanın özünəməxsus oyun tərzi var. Gözləyəcəyik ki, görək hansı bizə düşür”.

Qurban Qurbanov “Liverpul”a qarşı ağır məğlubiyyətdən hansı nəticəni çıxardığı barədə suala isə belə cavab verib:

“Belə oynamamaq. Mən futbolçularımı başa düşürəm. Dediyim kimi, 8 komanda arasında rahat rəqibimiz yox idi. Geridə qalan oyunlarda çox enerji sərf etmişdilər, yorulmuşdular. Ola bilsin ki, futbolçularda müəyyən arxayınlıq var idi. Düşünürdülər ki, 10 xalla ilk ‘24-lüy’ə düşmüşük”.

Baş məşqçi “Liverpul”un və onun stadionunun digər rəqiblərdən fərqli olduğunu da vurğulayıb:

“Anfield-in atmosferi də təsirini göstərdi. Məncə, bir də oynasaq, meydanda bundan daha yaxşı olacağıq. Buna əminəm. Futbolçularımla paltardəyişmə otağında da danışdıq və dedik ki, bundan daha yaxşısına layiqik”.

Mütəxəssis futbolçuların paltardəyişmə otağındakı əhval-ruhiyyəsinə də toxunub. Onun sözlərinə görə, komanda üzvləri həm məğlubiyyətə üzülüb, həm də pley-off mərhələsinə yüksəlməyin sevincini yaşayıb:

“50-50-yədir. Həm ‘Liverpul’a məğlubiyyətə üzülürlər, həm də sevinirlər. Meydanda qeyd etməmələri doğru idi. Çünki özləri də bilirdilər ki, daha yaxşı oynaya bilərdilər. Həm də oyun zamanı pley-off tam dəqiqləşməmişdi, görüşlər davam edirdi”.



Digər xəbərlər

Xəbər lenti

06 Fevral 2026

Ən çox oxunan

Hadisə

Müsahibə