11 Fevral – Qadınlar və Qızlar Elmdə Beynəlxalq Günüdür

14:12 / 11.02.2026 Oxunub: 720

Bu gün, 11 fevral tarixi dünyada Qadınlar və Qızlar Elmdə Beynəlxalq Günü kimi qeyd olunur. Bu əlamətdar gün elm və təhsil sahəsində fəaliyyət göstərən qadınların rolunun daha da ön plana çıxarılması məqsədi daşıyır.

Elm sahəsində çalışan qadın alimlər və bu istiqamətdə gələcəyini qurmağa çalışan gənc qızlar cəmiyyətimizin intellektual inkişafına mühüm töhfələr verirlər. Onların fəaliyyəti ölkənin elmi potensialının güclənməsinə və yeni nəsillərin elmə marağının artmasına səbəb olur.

Kanal 20 TV xəbər verir ki, bu xüsusi gün münasibətilə bütün qadın alimlərimizi və elm yolunu seçən gənc qızlarımızı təbrik edir, onlara gələcək fəaliyyətlərində yeni uğurlar arzulayırıq.



Digər xəbərlər

Xəbər lenti

20 Fevral 2026
19 Fevral 2026

Ən çox oxunan

Hadisə

Müsahibə