ADU ilə Cənubi Koreyanın Sunqşil Universiteti arasında əməkdaşlıq memorandumu imzalanıb

10:49 / 04.02.2026 Oxunub: 500

Kanal 20 TV xəbər verir ki, Azərbaycan Dillər Universiteti beynəlxalq tərəfdaşlıq əlaqələrini genişləndirməkdə davam edir. Fevralın 3-də ADU ilə Cənubi Koreyanın tanınmış ali məktəblərindən biri olan Sunqşil Universiteti arasında Anlaşma Memorandumu imzalanıb.

Tədbir zamanı universitetin rektoru, akademik Kamal Abdulla qonaqları səmimi salamlayaraq bu razılaşmanın elmi və mədəni əlaqələrə yeni imkanlar açacağını vurğulayıb. Onun sözlərinə görə, ADU-da xarici universitetlərlə əməkdaşlıq istiqamətində həyata keçirilən layihələr ildən-ilə daha da genişlənir.

Memorandum tələbə və müəllim mübadiləsi, birgə konfransların təşkili, təcrübə proqramlarının hazırlanması, həmçinin dil və mədəniyyət mərkəzləri sahəsində qarşılıqlı fəaliyyətin gücləndirilməsini nəzərdə tutur.

Rektor Kamal Abdulla həmçinin qeyd edib ki, universitetdə Koreya dili və mədəniyyəti mərkəzi uğurla fəaliyyət göstərir və tələbələrin Koreya dilinə marağı xüsusi diqqət çəkir.

Görüşdə çıxış edən Koreya Tədqiqatlar İnstitutunun direktoru Cha Bong Jun da ADU-nun beynəlxalq əməkdaşlığa verdiyi önəmi yüksək qiymətləndirərək, imzalanan sənədin iki ölkə arasında akademik əlaqələri daha da möhkəmləndirəcəyini bildirib.

Sonda tərəflər memorandum imzalayıb və gələcək birgə layihələr ətrafında fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, bu anlaşma ADU-nun beynəlxalq əlaqələrinin inkişafı yolunda atdığı növbəti mühüm addım kimi qiymətləndirilir



Digər xəbərlər

Xəbər lenti

20 Fevral 2026
19 Fevral 2026

Ən çox oxunan

Hadisə

Müsahibə