Obyektdəki yanğın tam söndürülüb - YENİLƏNİB
Fövqəladə Hallar Nazirliyinin (FHN) qüvvələri tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bunyadov prospektində yerləşən obyektdə baş verən yanğın tam söndürülüb.
Bu barədə Manset.az-a FHN-in mətbuat xidmətindən məlumat verilib.
***
13:30
Bakının Nərimanov rayonu, Ziya Bunyadov prospektində yanan obyektin yaxınlığındakı mağazalar təxliyə edilir.
Manset.az xəbər verir ki, hazırda ərazidə yanğınsöndürmə işləri aparılır.
Hazırda yanğının digər mağazalara keçməsinin qarşısının alınması üçün yanğınsöndürmə işləri həyata keçirilir.
***
12:08
Bakının Nərimanov rayonu, Ziya Bunyadov prospektində (Dərnəgül), ilkin məlumata əsasən obyektdə yanğın başlayıb.
Manset.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
Bildirilib ki, dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam edir.


Digər xəbərlər
Almaniyada “Amazon”a 59 milyon avro cərimə tətbiq olunub
Yasamalda yaşayış evində yanğın baş verib
27 Yanvar – İnsanlığın Yaddaş Günü: Holokost Qurbanları Ehtiramla Anılır
TikTok-da qeyri-etik ifadələr səsləndirən şəxs həbs edilib
Moskva–Gəncə reysi duman səbəbindən Bakıya eniş edib
“Temu” Türkiyədə xarici məhsulların satışını dayandırdı
Xəbər lenti
Ən çox oxunan
Orhan Ölmez Bakıya gəlir: Şair Səbuhi Zamanla birlikdə möhtəşəm gecə Heydər Əliyev Sarayında