Moskva–Gəncə reysi duman səbəbindən Bakıya eniş edib

13:54 / 26.01.2026 Oxunub: 543

Rusiyanın “UTair” aviaşirkətinə məxsus Moskva–Gəncə marşrutu üzrə hərəkət edən UTA-743 saylı reys təyinat məntəqəsində hava şəraitinin əlverişsiz olması səbəbilə marşrutunu dəyişib.

Kanal 20 TV-nin məlumatına görə, Gəncə hava limanı ərazisində müşahidə olunan güclü dumanla əlaqədar hava gəmisinin kapitanı ehtiyat hava limanına eniş barədə qərar qəbul edib. Nəticədə “Boeing 737” tipli təyyarə Heydər Əliyev Beynəlxalq Aeroportuna yönləndirilib.

Təyyarə yerli vaxtla saat 11:05-də Bakı hava limanına təhlükəsiz şəkildə eniş edib. Bildirilib ki, uçuş zamanı sərnişinlərin təhlükəsizliyi tam təmin olunub.

Reysin Gəncəyə davam edib-etməyəcəyi ilə bağlı yekun qərarın hava şəraitinin normallaşmasından sonra “UTair” aviaşirkəti tərəfindən veriləcəyi qeyd olunub. Heydər Əliyev Beynəlxalq Aeroportunda isə bütün zəruri əməliyyat tədbirləri operativ şəkildə həyata keçirilib.



Digər xəbərlər

Xəbər lenti

06 Fevral 2026

Ən çox oxunan

Hadisə

Müsahibə