Azərbaycan və ABŞ arasında mədəniyyət sahəsində əməkdaşlıq müzakirə olunub
Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli fevralın 3-də Amerika Birləşmiş Ştatlarının ölkəmizdəki səfirliyinin müvəqqəti işlər vəkili Emi Karlo ilə görüş keçirib.
Kanal 20 TV xəbər verir ki, görüş zamanı nazir qonağı salamlayaraq Azərbaycan ilə ABŞ arasında mədəniyyət sahəsində əməkdaşlığın inkişafı üçün geniş imkanların mövcud olduğunu vurğulayıb. Adil Kərimli dövlət tərəfindən ölkəmizdə mədəniyyətin və yaradıcı sənayenin inkişafına xüsusi diqqət yetirildiyini qeyd edib.
Görüşdə qarşılıqlı mədəni əlaqələrin genişləndirilməsi, təcrübə mübadiləsi və birgə layihələrin həyata keçirilməsi imkanları ətrafında fikir mübadiləsi aparılıb.
Həmçinin bu il Azərbaycanda yeddinci dəfə təşkil olunacaq Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun əhəmiyyəti diqqətə çatdırılıb. Forumun müxtəlif mədəniyyətlər arasında dialoqun təşviqinə mühüm töhfə verdiyi bildirilib.
Görüş qarşılıqlı anlaşma və əməkdaşlıq ruhunda keçib.


Digər xəbərlər
Gəncə Hərbi Prokurorluğunda yeni təyinat
Azərbaycan və Pakistan XİN başçıları İslamabaddakı partlayışla bağlı telefon danışığı aparıblar
İran Ərdəbil dəmir yolunu Azərbaycan və Orta Asiyaya bağlamağı planlaşdırır
İran və ABŞ Omanda dolayı nüvə danışıqları aparıb – Tehran “yaxşı başlanğıc” adlandırır
Orhan Ölmez Bakıya gəlir: Şair Səbuhi Zamanla birlikdə möhtəşəm gecə Heydər Əliyev Sarayında
Prezident İlham Əliyev İranın müdafiə nazirinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib
Xəbər lenti
Ən çox oxunan
Orhan Ölmez Bakıya gəlir: Şair Səbuhi Zamanla birlikdə möhtəşəm gecə Heydər Əliyev Sarayında